Tramp “Apple” şirkətini tənqid edib

  • Space TV
  • 15 Yanvar 2020 10:55

ABŞ prezidenti Donald Tramp “Apple” şirkətini cinayətkarların telefonlarını istintaqa kömək üçün blokdan çıxarmamasına görə tənqid edib.

SPACE TV xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

“Biz hamımız zamanla ticarətdə və çox başqa məsələlərdə “Apple”ə kömək edirik və bununla belə, onlar qatillərin, narkodilerlrin və digər təhlükəli kriminal elementlərin telefonlarını blokdan çıxarmaqdan imtina edirlər”, – deyə Tramp “Twitter”də yazıb.

O şirkəti bu təcrübəni dəyişdirməyə çağırıb.

Paylaş

 Xəbəriniz olsun