Tramp amerikalıların iş yerlərini qorumaq üçün miqrasiyanı donduracağını bildirib

  • SpaceTV
  • 22 Aprel 2020 11:02

Koronavirus pandemiyası nəticəsində ölkə vətəndaşları üçün “iş yerlərinin qorunmasına zərurət” yarandığını əsas gətirən Prezident Donald Tramp Birləşmiş Ştatlara miqrasiya axınını müvəqqəti donduracağını bildirib.

SPACE TV  xəbər verir ki, Ağ Evin başçısı yeni direktivi barədə özünün “Tvitter” səhifəsində yazıb. Prezident bunu “yeni görünməz düşmənin (koronavirusun) hücumu” və “şərəfli Amerika vətəndaşları üçün iş yerlərinin qorunmasının vacibliyi” ilə əlaqələndirib. O, miqrasiyanın müvəqqəti dayandırılmasına dair ən yaxın zamanda sərəncam imzalayacağını bəyan edib.

Bundan əvvəl Tramp koronavirusun Amerikada yayılmasının qarşısını almaqdan ötrü Çin və Avropadan ABŞ-a girişə qadağa qoymuşdu. Amma Prezident öz bəyanatında bizneslə məşğul olmaq və ya yaxınlarını və qohumlarını görmək istəyən səyahətçilərin ölkəyə girişini qadağan edib etməyəcəyini tam açıqlamayıb.

Administrasiya nümayəndələri sərəncamın artıq bu həftə imzalanacağını bildirir. Xatırladaq ki, Donald Tramp koronavirusa görə Meksika və Kanada ilə sərhədlərin bağlanmasına dair qərar hazırladığını hələ ötən ay elan etmişdi. Bununla yanaşı, virusun yayılmasının qarşısının alınması məqsədilə ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər nəticəsində ölkədə işsizlərin sayı artmaqda davam edir.

Paylaş

 Xəbəriniz olsun