Tramp ABŞ iqtisadiyyatında görünməmiş artım vədi verdi

  • Space TV
  • 10 Sentyabr 2020 14:16

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi halda ölkədə görünməmiş iqtisadi artım olacağına söz verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ bu cür göstəricilərə artıq 2021-ci ildə nail olacaq.

“Əgər biz qalib gəlsək, ölkəmizin tarixində ən böyük iqtisadiyyata sahib olacağıq”, – deyə D.Tramp bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun