Tramp; ABŞ İqtisadiyyatı güclüdür

  • SpaceTV
  • 16 Avqust 2019 12:58

ABŞ Prezidenti Donald Tramp, “saxta xəbərlərdən” istifadə edən medianın ABŞ iqtisadiyyatına xələl gətirməyə çalışdığını söyləyib.

Bu barədə Tramp şəxsi Twitter səhifəsində yazıb. O, “Saxta xəbər mediası, ölkə iqtisadiyyatının “çökməsi” üçün əlindən gələni edir. “Saxta media” yaxşı bilir ki, yenidən Prezident seçiləcəyim halda onlar üçün pis olacaq”, – deyə bildirib. Prezident əlavə edib ki, ABŞ iqtisadiyyatı çox güclüdür və onlar tezliklə böyük bir qələbə qazanacaqlar. Bunu  Çin də daxil olmaqla, hər kəs bilir! Deyə ağ ev rəhbəri qeyd edib. Tramp ABŞ iqtisadiyyatının hələ də güclü olduğunu və yeni investisiya axınının davam etdiyini də bildirib. Eyni zamanda, o, ABŞ-ın Mərkəzi Bankına da diqqət çəkərək, uçot dərəcəsini endirdiyinə görə Federal Ehtiyat Fondunu sərt tənqid edib.

Paylaş

 Xəbəriniz olsun