Trabzonda ölkəmizə dəstək aksiyası keçirildi

  • SpaceTV
  • 29 İyul 2020 14:15

Türkiyənin Trabzon şəhərində Azərbaycan diasporunun təşkilatçılığı ilə dinc aksiya keçirilib.

Baku TV-nin xəbərinə görə, təşkil olunan mitinqdə çıxış edənlər Ermənistanın son zamanlar törətdiyi təxribatlar barədə məlumat veriblər.

Tədbiri Trabzonun yerli siyasi xadimləri və tanınmış şəxsləri dəstəkləyiblər.

Azərbaycan və Türkiyə dövlət bayraqlarının birgə dalğalandırıldığı və müxtəlif şüarlar yazılmış posterləri nümayiş etdirərək, küçələrdə hərəkət edən həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb ediblər.

“Qarabağ Azərbaycandır!” və “Erməni təcavüzünə son!” şüarlarını səsləndirən soydaşlarımız Trabzonun mərkəzi küçələrində böyük marağa səbəb olub və rəğbətlə qarşılanıb.

Paylaş

 Xəbəriniz olsun