Toyuq dönəri 67 tələbənin zəhərlənməsinə səbəb oldu

  • SpaceTV
  • 4 Noyabr 2019 11:47

Türkiyənin Afyonkarahisar şəhərində universitet tələbələri toyuq dönərindən kütləvi şəkildə zəhərləniblər.

İhlas” xəbər verir ki, hadisə universitetdən kənarda baş verib.

Verilmiş ifadələrə əsasən, tələbələr dönəri eyni dönərçidən alıblar.

Nəticədə 67 tələbə zəhərlənərək Afyonkarahisar Dövlət xəstəxanasına yerləşdirilib.

Kütləvi zəhərlənmə faktı ilə bağlı istintaq başlanıb.

Paylaş

 Xəbəriniz olsun