Toydan qayıdanlar qəzaya düşdü

  • SpaceTV
  • 24 Avqust 2019 15:33

Gəncədə Toydan qayıdan avtomobil aşıb.  Nəticədə 3 nəfər xəsarət alıb. Deyilənə görə, sürücü sərxoş olub və maşını yüksək sürətlə idarə edib.  Elə bu səbəbdən də idarəetməni itirib və Gəncə-Samux yolunda qəza törədib.

Məlumata görə, Hüseynov Rasim və avtomobildəki iki sərnişin yaralanıb. Hadisə zamanı  avtomobildə olanların toydan qayıtdığı bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.

Paylaş

 Xəbəriniz olsun