Toyda zəhərlənmə halları

  • SpaceTV
  • 29 Avqust 2019 11:37

Bu günlərdə Ard-arda 2 bölgədə toyda kütləvi zəhərlənmə halları oldu. Şəkidə 57 nəfər , İsmayıllıda isə 33 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət etdilər. İki  toyda Zəhərlənənlərin sayının toplam   90 nəfər olması məsələnin ciddiliyini gündəmə gətirir.

Bu ayın 25-i Şəkidə ötən gün isə İsmayıllıda toyda kütləvi zəhərlənmə olub.

Belə ki, Şəki şəhərində yerləşən şadlıq saraylarından birində  keçirilmiş toy məclisində iştirak edən  57 nəfərinin  qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. İlkin araşdırmalarla müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilməklə evə buraxılıb. Rayon polis şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb.

İsmayıllıda baş verən zəhərlənmə isə Qəzli kənd sakini  Müşviq  Hüseynov  həyətində övladı üçün keçirdiyi  toy məclisində olub. Zəhərlənmə ilə bağlı 33 nəfər Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. İlkin tibbi yardımdan sonra xəstələr ambulator müayinə üçün evə buraxılıb.  Hazırda hər iki faktın dəqiq baş vermə səbəbləri araşdırılır.

Qida eksperlər bildirir ki, şadlıq evində toy edən şəxslə müdiriyyət arasında heç bir müqavilənin  bağlanmaması bu müəssisələrin məsuliyyətini azaldır.

Eyyub Hüseynov bildirdi ki, qidanın təhlükəyə çevirilməsində restoranların və şadlıq evlərinin böyük rolu var. Lakin istehlakçılar da məkan və qida seçərkən diqqətli olmalıdırlar ki, sonradan xoş günlərində hər hansı bədbəxt hadisə baş verməsin.

Orxan Şükür  Space

Paylaş

 Xəbəriniz olsun