Toyda dava düşdü

  • SpaceTV
  • 5 Avqust 2019 17:36

Şəkidə toylardan birində dava düşüb. Nəticədə toya qonaq gələn ana və oğlu döyülüb.

SPACE.TV-məlumat verir ki, axşam saatlarında rayonun Aşağı Göynük kənd sakinləri 32 yaşlı Mahir Mustafayev və anası 60 yaşlı Qəndavət Mustafayevə müxtəlif dərəcəli bədən xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı məlum olub ki, Mahir və anası Qəndavət yaşadıqları kənddə keçirilən toy mərasimində tanıdıqları şəxs tərəfindən döyülüblər. Mahir Mustafayevə döş qəfəsinin qapalı travması, anasına isə sol baldırın əziyi diaqnozu qoyulub və onun müalicəsi xəstəxanada davam etdirilir. Qəndavət Mustafayevanın xəsarəti yüngül olduğundan müayinədan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş

 Xəbəriniz olsun