Tovuzda zəncirvari qəza – Ölən var

  • SpaceTV
  • 14 Oktyabr 2019 11:38

Tovuz rayonunda zəncirvari qəza hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə rayonun “avtovağzal” deyilən ərazisində qeydə alınıb. “JEEP” markalı avtomobil öncə “VAZ-2106” markalı avtomobili, daha sonra isə motosiklet vurub. Nəticədə motosikletin sürücüsü ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq 1984 cü il təvəllüdlü Əliyev Babək Sabir oğlu dünyasını dəyişib. Hadisə zamanı “Prado” markalı avtomobilin sürücüsü ərazidən qaçıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Paylaş

 Xəbəriniz olsun