Tovuzda zəncirvari qəza: Beş nəfər xəsarət aldı

  • SpaceTV
  • 1 Noyabr 2019 12:28

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə zamanı beş nəfər xəsarət alıb.

Belə ki, “VAZ 2106”, “VAZ 2107” və “TIR” markalı maşınların toqquşması nəticəsində Alakol kənd sakinləri – 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, 1984-cü il təvəllüdlü Rüstəmova Sevinc İlqar qızı, 1957-ci il təvəllüdlü Tağıyeva Şamama Kərəm qızı, 1959-cu il təvəllüdlü Rzayeva Yelena Məcid qızı, yeddi yaşlı Rüstəmova Aylin Adil qızı müxtəlif bədən xəsarətləri alıb. 

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxslərdən A.Rüstəmovanın vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun