Tovuzda yanacaq doldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.

  • SpaceTV
  • 20 Yanvar 2020 16:43

Tovuz rayon Qovlar şəhər sakini Röyal Əhmədov  DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaq doldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu götürməsi barədə məlumat verib. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R. Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsini törədilməsini təşkil edib. Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri  Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

VASİF VAQİFOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun