Tovuzda qız itgin düşdü

  • SpaceTV
  • 11 Dekabr 2019 16:08

Bir müddətdir Tovuz rayonun Dondan Quşçu kəndində itgin düşən və bu gün də axtarışları davam etdirilən Nərmin Quliyevadan bugünə  kimi  bir  xəbər yoxdur  . Nərminin itgin düşdüyü  gündən bir gün əvvəl   Əmisi  evində  toy  olub .  Toynun ertəsi gün    ata  qızını qardaşı evində  qalmış  gödəkcəsini  gətirmək  ücün   göndərir 

Nərmin ailənin 3 qız  övladından biri  evin  ikinci  qızıdır  .

Ata  dərhal  böyük  qızı ilə  qardaşı  evinə  gələrək  qızının orada olub olmamasını  yoxlayır  .Lakin  balaca qızcığazın gəldiyin görsələrdə  getdiyini  görən olmayıb   .

Bir sözlə  10 yaşlı qız müəmmalı şəkildə  yoxa cıxıb

Mətbuatda eləcədə   sosial şəbəkələrdə  Nərminin  əmisi  Lətif Quliyev və onun oğlu Ayxan Quliyev  tərəfindən oğurlanması   xəbəri  geniş yayıldı  .  Ailə hec  vaxt  bu kimi  fikirlrə inanmadığını  deyir.   

Nərminin Atası  Şərif  Quliyevdə övladının oğurlanmasının   qardaşı ilə hec bir əlaqəsinin olmadığını  bildirdi .

Qeyd edək ki  Nərmin Quliyeva  21 noyabr tarixində  günörta  saat 2 -4 aralığında  evdən cıxsada  daha  sonra ondan bir xəbər  cıxmayıb .Ailə bildirir ki 10 yaşlı Nərminin  sağlamlığında  və əqlində heç bir qüsur olmayıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Polis əməkdaşları kənd ərazisinə səfərbər edilib və hər yerdə azyaşlının axtarışları davam etdirilir.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun