Tovuzda qaz xəttində partlayış baş verib.

  • Space TV
  • 22 İyun 2020 16:12

Hadisə rayonun Xatınlı kəndi ərazisində qeydə alınıb. Yeni yolun tikintisi ilə məşğul olan şirkətin əməkdaşları qaz xəttində kəsmə-calama işləri aparan zaman xəttə  partlayış baş verib. Nəticədə Tovuz rayonunun Düz-Cırdaxan kənd sakini 63 yaşlı Məhərrəm Süleymanov və Bakı şəhər sakini  54- yaşlı Sənan Qarayev müxtəlif yanıq xəsarətləri alıblar. Onlar  Tovuz rayon Xəstəxanasına yerləşdirilib. Hər iki xəstəyə yardım göstərilib. Süleyman Məhərrəmovun vəziyyəti ağır olduğundan ötən gün Paytaxta  göndərilib . Faktla bağlı araşdırma aparılır . 

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun