Tovuzda nakotik alqı-satıqısı ilə məşğul olan iki nəfər saxlanılıb.

  • SpaceTV
  • 29 Aprel 2020 14:09

Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axatrış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Eşqin Ələkbərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,283 qram qram metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan Eşqin Ələkbərov həmin narkotik vasitəni şəxsi istifadəsi üçün tanışı Musa Nağıyevdən 20 manata aldığını bildirib.

Əməliyyat tədbirlərini davamı olaraq Eşqin Ələkbərova  narkotik vasitəni satan əvvəllər məhkum olunmuş Tovuz sakini Musa Nağıyevdə saxlayıb. Həmin şəxs Ələkbərova narkotik vasitə satmasını etiraf edib. Hər iki şəxsin ətrafında aparılan araşdırmalar zamanı onların ötən ilin iyul ayından başlayaraq silsilə oğurluqlar törətdiyi də müəyən edilib. Saxlanılan tək Tovuzda deyil qonşu Şəmkir rayonundada oxşaq cinayətlər törədiblər.

Saxlanılan Musa Nağıyev cinayət ortağı Eşqin Ələkbərovla birlikdə Tovuz və Şəmkir rayonlarında altı müxtəlif ünvandan oğurluq etdiyi əldə edtiyi qəniməti isə öz aralarında böldüyünü etiraf edib. Hətta çağırılmamış qonaqlar Tovuzda bir obyekti iki dəfə qarət etməkdən belə çəkinməyib.

Saxlanılan şəxslərin barəsində Tovuz rayon Məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Onların digər oxşar cinayətlərdə iştirakı araşdırılır.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun