Tovuzda itkin düşmüş 10 yaşlı qızın yandırılmış meyiti tapıldı

  • Space TV
  • 7 Yanvar 2020 10:21

Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.

SPACE TV xəbər verir ki, 2019-cu il noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kəndində yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun