Tovuzda dələduzluq edən şəxs saxlanılıb

  • Space TV
  • 6 May 2020 15:28

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan  müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər  cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini, 36 Zaur Sadıqov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z. Sadıqov bir neçə ay əvvəl Tovuz rayonu ərazisində rayon sakininə işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edə edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z. Sadıqov ümumilikdə onun 1000  manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun