Tovuzda bıçaqlanma hadisəsi baş verib

  • SpaceTV
  • 24 Fevral 2020 15:41

Rayonun   Dilman Süleymanov adına  Dönük Qırıxlı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi 17 yaşlı Rəvan Pərviz oğlu Qarayev eyni məktəbin 11 ci sinif şagirdi  həmyaşıdı Kamil Həsənli tərəfindən   bıçaqlanıb. Bel nahiyyəsindən bıcaq zərbəsi alan  yaralı Qazax Diaqnostika mərkəzinə  yerləşdirilib.

Rəvanın vəziyyəti agır oldugundan  o, Gəncədəki xəstəxanaların birinə aparılıb. Məktəbli dərhal əməliyyat edilib. Ailə üzvülərinin sözlərinə görə  övladlarının  bicaqlanması   xəbərini yaxınlarından eşidib. Onlar bildirir ki, övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb. 

Məktəbin direktoru   bıcaqlanmanın  məktəbdə   dərs vaxtı baş vermədiyini   deyir 

Hazırda bıçaqlanan məktəblinin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı  Tovuz Rayon Polis şöbəsində cinayyət işi başlanılıb araşdırma aparılır. 

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun