Tovuzda baramaçılığa maraq artıb

  • SpaceTV
  • 21 May 2020 13:04

Ötən il  76 kümcü  baramacılıqla  məşğul olurdusa bu il  bu rəqəm  88  dir. Rayonun əksər  kəndlərində   qurulmuş  məntəqələr  bunu  deməyə  əsas verir  .Ötən il  Qax damazlıq məntəqəsindən  rayona 325 qutuda   barama  küm  gətirilib  . Nəticə  etibarı ilə   bu qutulardan 12 tona  yaxın barama   məhsulu əldə olunub  .  bu il isə  gözləntilər  14  tondur  . Rayonun Cəlili kəndində   qurulmuş  məntəqəyə  baxış kecirərkən  kümçülərin  yemləmə  apardıqlarının şahidi olduq . baş kümçü  Şəhla  Hüseynova bildirdi ki  mütəmadi olaraq  tərəcələrə  baxış kecirilib   qurun yemi  təzələnrəsə  üstəgəl  rütubət  qorunarsa   zəhmət  hədər  getməz .

Əsas şərtlərdən biridə   baramanın  bir  neçə  mərhələdə  qulluğunun fərqli olmasıdır .  beləki  qurd  böyüdükcə   ara məsafəsi  genişləndirilir ,  havalandırmaq  lazım gəlir  .

Bu  məntəqənin barama  qurdları  isə   digərlərindən daha  böyük   idi  . səbəbini  soruşduqda   baramacılar bu  inkişafı  normal  qidalanmanın  sayəsində  əldə  etdiklərini  bildirdilər  . 

Tovuz  Dövlət  Aqrar İnkişaf mərkəzindən bildirdilər ki  bu  il   gözləntilər  ötən ilkindən  cox  olacaq  bununla  belə  kümcülərin əsas  problemləri  də  var  . Bu    yem bazası  yəni  tut  ağacının azlığıdır. Bunun ücün  növbəti il  tut ağaclarının  əkin sahələrinin artırılması  nəzərdə  tutulur .

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun