Tovuzda ağır qəza: 69 yaşlı qadın xəstəxanalıq oldu

  • Space TV
  • 13 Avqust 2020 16:42

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. Spacetv.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını ilə “Mercedes” avtomobili toqquşub. Hadisə zamanı 1951-ci il təvəllüdlü Mehdiyeva Dilarə xəsarət alıb və Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun