Tovuzda 49 il bundan əvvəl inşa olunan şəhidlər parkı yenidən əsaslı təmir olunaraq sakinlərin ixtiyarına verilib.

  • SpaceTV
  • 17 Yanvar 2020 17:31

49 il bundan əvvəl inşa olunan şəhidlər  parkı  yenidən əsaslı təmir olunaraq  sakinlərin ixtiyarına  verilib. 269  Boyük vətən  müharibəsində  9 şəhid isə   Qarabağ müharibəsində   torpaqlarımızın  azad olunması  uğrunda  şəhidlik  adını qazanaraq  öz  adlarını   kəndin mərkəzi hissəsində olan  Şəhidlər parkında  yazmağı bacarıb . Bu Park  Bakı  Qazax  Gürcüstan  avtomagistralının  Tovuz  rayonunun  Əyyublu kəndinin ərazisindən kecən hissəsində   bərqərar olub .  1971 ci ildə   inşa olunan parkda  təkcə Əyyublu kəndinin  2 ci   dünya  müharibəsi  zamanı şəhid  olunanların xatirəsinə   birlik   rəmzi olan  abidə  ucaldılıb  və   həmin abidənin  3 küncündə  bütün şəhidlərin  adları  yazılıb .  Müstəqillik dövründə isə   vətən torpağının darda olduğu  bir  zamanda da  vətən övladları  silaha  sarılaraq  torpaqlarımızın müdafiəsinə  qalxıblar  bu  gün  bu park  ümumilikdə  278  şəhidin   adını  daşıyır – Şəhidlər parkı . Kəndin Şəhidlərini ilə yanaşı  parkda  əsrin faciəsi olan  Xocalı  soyqrımını  əks etdirən stenddə   qurulub. Bundan başqa  5 min kvadratdan artıq olan parkda   ordumuzun  bu günki  gücünü əks  etdirən lövhədə əksini tapıb . Yazıcı  publisist  İsa  Cavadoğluda  Azərbaycan şəhidinə  verilən  dəyərin  yüksək olduğunu deyir  .

12 mindən artıq əhalisi  olan Əyyubli kəndi nin ziyalılarıda   bucür  parkın yenidən bərpa olunmasına   cox  sevindiklərini  bildirirlər .

49 il bundan əvvəl  park  yarandığı  gündən onun təmizliyi ilə  məşğul olan Məmmədovlar  ailəsidə   bu  gün  də   təmənnasız olaraq   xidmətlərini davam etdirirlər  .

Qeyd edim ki   parkda  daimi  su  sistemi  cəkilib , oturacaqlar  qoyulub . Bu isə  Əyyublu sakinlərinə  yeni il hədiyyəsi  olub .

Vasif Vaqifoğlu   SPACE TV

Paylaş

 Xəbəriniz olsun