Tovuz polisi paytaxt ərazisində vətəndaşlara qarşı dələduzluq və cibgirlik edən şəxsi saxlayıb

  • Space TV
  • 24 Aprel 2020 15:57

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 37 yaşlı Tovuz rayon Xatınlı kənd sakini Kərim Kərimov oğurluq hadisəsi törətməkdə şübhəli bilinərək saxlanılıb. Onun üzərinə baxış zamanı Tərtər sakini 62 yaşlı Bəhmən Məmmədova məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Samsung” markalı mobil telefon,Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olan 34 yaşlı Arzu Kərimovaya məxsus doğum haqqında şəhadətnamə və 6 ədəd fotoşəkil,Şəmkir rayonun Şeyidlər kənd sakini 44 yaşlı Eldəniz Həsənova məxsus şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu aşkar edilərək götürülüb.Kərim Kərimov Tərtər sakini Bəhmən Məmmədovun  Bakı şəhəri ərazisində marşurutda cibindən gizli yolla götürdüyü pul qabında olan 120 AZN pulu da xərcləyib , sənədləri də özündə saxlayıb.

Fakatla bağlı araşdırmalar davam etdirilir.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun