Tövlə yandı

  • SpaceTV
  • 2 Sentyabr 2019 17:29

 Göyçayda fərdi yaşayış evinə məxsus olan tövlə yanıb. Yaxınlıqda olan insanlar yanğının böyüməsinin qarşısını almağa çalışıb. Çox keçmədən yanğınsöndürənlər hadisə yerinə gələrək yaranmış vəziyyətin qarşısını almağı bacarıblar.

Space TV -nin bölgə müxbiri məlumat verir ki, Hadisə rayonun Çərəcə kəndində Səmədova Səkiyə Əlövsət qızına məxsus evin tövləsində qeydə alınıb.  Fərdi yaşayış evinin ərazisində yerləşən tövlədə qəfildən yanğın başlayıb. Ev yiyəsinin bildirdiyinə görə, yanğın səhər saat 7 radələrində olub. Səkiyə Səmədova bildirib ki, yanğını görəndə həyəcanlandığı üçün ilk başda nə edəcəyini bilməyib. Yaxınlıqda olan insanlar onların köməyinə gəlib. Daha sonra isə FHN-nin Göyçay Yanğından Mühafizə Bölməsinin 2 texnikası, 10 – a yaxın canlı qüvvəsi hadisə yerinə gələrək yanğını söndürüb və yan ərazilərə keçməsinin qarşısını alıb.  Yanğıın hansı səbəbdən baş verdiyi araşdırılır.

                                    Vahid  Fəxri ,  Göyçay

Paylaş

 Xəbəriniz olsun