“Tottenhem” Qaret Beyli “Real Madrid”ə qaytarır

  • Space TV
  • 15 Yanvar 2021 10:39

İngiltərənin “Tottenhem” klubu futbolçusu Qaret Beyli komandada saxlamaq istəmir.

Spacetv.az “The Times” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi İspaniya “Real Madrid”indən icarəyə götürülən 32 yaşlı hücumçunu geri qaytarmaq niyyətindədir.

Rəhbərlik yayda icarə müddəti bitəcək uelsli oyunçu ilə vidalaşacaq.

Qeyd edək ki, Qaret Beyl 2020/2021 mövsümündə “Tottenhem” forması ilə 12 matça çıxıb və 3 qol vurub. Onun “Real Madrid”lə müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Beyl 2013-cü ildə Madrid klubuna məhz “Tottenhem”dən keçib.

Paylaş

 Xəbəriniz olsun