Torpaq uçqunu ölümə səbəb oldu

  • SpaceTV
  • 14 Sentyabr 2019 16:06

Qazaxda qazıntı işləri zamanı torpaq uçqunu baş verib. Ərazidə qazıntı işləri aparan 2 nəfər torpaq altında qalıb.

Hadisə rayonun Qarapapaq kəndində qeydə alınb.  Kanalizasiya işləri ilə əlaqədar qazıntı aparılan zaman iki nəfər torpaq uçqununun altında qalıb.  İşci  heyyətin köməkliyi ilə torpaq altından hər  iki  şəxs  çıxarılsada  onlardan biri dünyasını dəyişib.  Bu şəxs rayonun Çaylı kənd sakini  – 36 yaşlı Qocalı Gündüz Məşədi oğludur.  Ağstafa sakini 49 yaşlı  Məmmədov Niftalı Həsən oğlu isə  aldığı xəsarətlərdən  yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun  xəsarətinin yüngül olduğunu bildirirlər .

 Qeyd edək ki,  hər iki şəxs   rayonun  kanalizasiya  və   su  xətlərinin yenilənməsi  işlərində çalışırmış. Faktla əlaqədar araşdırma aparılır.

Vasif Vaqifoğlu Space Qazax 

Paylaş

 Xəbəriniz olsun