Torpaq sürüşməsi onlarla insanın həyatına son qoydu

  • Space TV
  • 4 Yanvar 2020 17:18

İndoneziyanın Cakarta şəhərində sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artaraq, 53 nəfərə çatıb, bir nəfər isə itkin düşüb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, daha əvvəl 43 nəfər ölüb. Təbii fəlakət 173 mindən çox insanı evsiz qoyub.

Qeyd edək ki, dekabrın 31-dən başlayan güclü yağış səbəbindən Cakarta və yaxınlıqdakı şəhərlərin bir hissəsi su altında qalıb.

Paylaş

 Xəbəriniz olsun