Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalında ən yüksək göstəricilərə nail olunması məqsədilə müxtəlif bitkilərin becərmə texnologiyalarının elmi əsaslandırılması işləri yerlərdə də ardıcıllıqla həyata keçirilir. Bu baxımdan, Göygöl rayonunda yerləşən Regional Aqrokimya Labaratoriyası da bölgədə mövcud əkin, və ya potensial əkin torpaqlarının öyrənilməsi məsələlərini həyata keçirir. İki ildən çoxdur fəaliyyət gösətərən labaratoriya Gəncə ətrafı 5 rayonu əhatə edir və torpaqların xüsusiyyətləri, onlara aqrotexniki baxımdan müvafiq yanaşma üzrə yerli fermerlərə öz tövsyələrini verir. Əkinə yaralı sayılan torpaqların aqrokimyəvi analizləri ilə yanaşı, suvarılma mənbələrinin suyu, həmçinin bitkilərin özünün də müvafiq tədqiqatları həyata keçirilir. Mütəxəssislər tərəfindən – əkiləcək torpaqların strukturu, mühiti, ondakı qida elementlərinin miqdarı tam analiz edilərək təsərrfüat sahiblərinə çatdırılır. Nəticədə fermerlər bitkilərə veriləcək mineral gübrələrin müddəti və tərkib faizi ilə bağlı dəqiq məlumatlara malik olurlar. Təqdirəlayiq haldır ki, öz torpaqlarının tərkibini bilmək və buna müvafiq tövsiyələr əsasında işlərini qurmaq istəyən yerli fermerlərin sayı ildən-ilə artır.
Mütəxəssislər tərəfindən torpağın vəziyyətini təhlili və qulluq və becərmənin bu məlumatlar əsasında təşkili son nəticədə məhsul itkisinin qarşısını almış olur.
Zakir Muradov SPACE TV