ATƏT Parlament Assambleyasının payız iclasının vaxtı məlum olub. Qurumun 18-ci payız toplantısı 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək. ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramına üzv olan Mərakeş bu görüşə ilk dəfə ev sahibliyi edəcək. Payız görüşü çərçivəsində “Şimal-Cənub Əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu və “Avro-Aralıq dənizi bölgəsində təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşların rolu” mövzusunda parlament konfransı keçiriləcək. Milli nümayəndə heyətlərinin rəhbərlərindən ibarət Daimi Komitənin iclası oktyabrın 5-də baş tutacaq.