Tomas Müller koronavirus səbəbilə finalda komandasına kömək edə bilməyəcək

  • Space TV
  • 11 Fevral 2021 15:30

Münhenin “Bavariya” klubunun hücumçusu Tomas Müller COVID-19-a yoluxub.

Bu barədə “Goal” nəşri məlumat yayıb.

31 yaşlı hücumçu pandemiya səbəbindən klublararası dünya çempionatının finalında Meksikanın “Tiqres” klubu ilə qarşılaşmanı buraxmalı olacaq.

Qeyd edək ki, “Bavariya”nın koronavirus testi müsbət çıxan daha iki futbolçusu – Xavi Martines və Leon Qoretska da final oyununda komandasına kömək edə bilməyəcək.

Paylaş

 Xəbəriniz olsun