Tokio olimpiadasının tamaşaçısız keçirilmə variantı araşdırılır

  • SpaceTV
  • 28 Yanvar 2021 15:29

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışların tamaşaçısız keçirilmə variantını araşdırır.

Spacetv.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori mətbuat konfransında bildirib.

Morinin sözlərinə görə, “Tokio-2020″ni azarkeşsiz keçirmək istəmirlər, lakin bu variant haqqında düşünməlidirlər.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust – 5 sentyabrda gerçəkləşməlidir.

Paylaş

 Xəbəriniz olsun