“Tokio-2020″nin Təşkilat Komitəsinin rəhbəri istefa verdi

  • Space TV
  • 12 Fevral 2021 12:16

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori istefa verib.

Spacetv.az xəbər verir, 84 yaşlı funksioner bu barədə yerli mətbuata açıqlamasında bildirib.

O, yayda olimpiadanın keçirilməsini vacib hesab edib: “Bu proses mənim iştirakım olmadan daha rahat keçəcək. Narahatçılığa görə hər kəsdən üzr istəyirəm. İşlətdiyim ifadələr yersiz idi”.

Qeyd edək ki, Yosiro Morinin qadınlar haqqında işlətdiyi ifadələr tənqiqlərə səbəb olub. Onu bu postda sabiq futbolçu, Tokiodakı Olimpiya kəndinin meri Saburo Kavabutinin əvəzləyəcəyi gözlənilir.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb.

Paylaş

 Xəbəriniz olsun