“Tofaş” “Opel”lə toqquşdu: bir nəfər öldü

  • SpaceTV
  • 17 Oktyabr 2019 20:07

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə H.Ələsgərov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Nurlan Bağırovun idarə etdiyi “Tofaş Şahin” markal maşın işıqforun qırmızı işığında yolu keçib, qarşıdan gələn 1996-cı il təvəllüdlü Rəşad Şərifovun idarə etdiyi “Opel Astra” markalı maşınla toqquşub.

Paylaş

 Xəbəriniz olsun