Paytaxt yollarında tıxacların qarşısını almaq məqsədi ilə son illər kifayət qədər yeni yol qovşaqları , yerüstü piyada keçidləri və müasir standartlara cavab verən körpülər salınıb. Bu sadalananlar tıxaclara qarşı aparılan mübarizədə öz effektini versə də təəssüf ki, paytaxtın bəzi istiqamətlərində həyata keçirilən tədbirlər qənaətbəxş deyil.
Bakı ətrafı kənd və qəsəbələrdə yaşayan sakinlər və bu istiqamətdə yolu düşən sürücülər daha çox tıxaclardan əziyyət çəkirlər.
Bu yolun Zabrat qəsəbəsindən keçən hissəsində iki böyük ticarət mərkəzinin magistrala yaxın ərazidə tikilməsi və bu obyektlərə daxil olan nəqliyyat vasitələrinin yoldan dayanacaq kimi istifadəsi artıq uzun müddətdir yolu iflic vəziyyətə salıb.
Sabunçu Zabrat yolunda daha bir problem isə Sabunşu yol qovşağından şəhər şossesinə daxil olan hissədə avtobusların dayanacaqlarda deyil yolun tən ortasını dayanacaq kimi istifadə etməsidir.
ATU-nin avtomobil daşımaları və yol hərəkəti kafedrasının dosenti Fərhad Eyyubov deyir ki, sözügedən yolda tıxaclara son qoymaq üçün ilk növbədə həmin magistralda yol qovşaqları və qanunsuz parklanma ərazilərinə güclü nəzarət edilməlidir.
Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün aidiyyatı qurumlar tərəfindən lahiyə hazırlanır.