TIR-da yoxlama zamanı polis gözlərinə inanmadı – FOTO

  • Space TV
  • 19 Avqust 2020 15:37

Türkiyənin Samsun şəhərində saxlanılan TIR-da yoxlama zamanı polislər gördükləri mənzərədən heyrətə gəliblər. Belə ki, maşının yük yerindən 161 nəfər aşkar edilib. Onların hamısı istidən, aclıqdan və susuzluqdan taqətsiz halda olublar.

Spacetv.az “HaberGlobal”a istinadən xəbər verir ki, əksəriyyəti Əfqanıstan və Pakistandan olan miqrantlar iki gündür ac-susuz yol getdiklərini deyiblər.

Onlar həmçinin İŞİD-dən və “Taliban”dan qaçdıqlarını bildiriblər.

Hadisə ilə bağlı istintaq başlanıb. Sürücünün saxlandığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun