TIR 20 metr hündürlükdən belə aşdı

  • SpaceTV
  • 14 Noyabr 2019 17:16

Sloveniyanın mərkəzi Lyublyanada magistral yolda sürətlə gələn avtomobil TIR-a çırpılıb.

SPACE TV xəbər verir ki, zərbə nəticəsində yağışdan islanmış yolda idarəetməni itirən TIR 20 metr yüksəklikdəki körpüdən aşıb.

Bu hadisə nəzarət kamerasına düşüb.

Xoşbəxtlikdən TIR-ın arxasındakı tankerdə yandırıcı maddə olmayıb.

Hər iki sürücü yaralanıb.

Paylaş

 Xəbəriniz olsun