“TikTok”un rəhbəri istefa verdi

  • Space TV
  • 27 Avqust 2020 10:58

Məşhur “TikTok” video xidmətinin icraçı direktoru Kevin Mayer Prezident Donald Trampın tətbiqi qadağan edəcəyi ilə bağlı hədələrindən sonra istefa verdiyini açıqlayıb.

Spacetv.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Mayerin istefasına səbəb Trampın “TikTok”la bağlı imzaladığı fərman olub. Belə ki, fərmanda “TikTok” tətbiqinin yaradıcısı “ByteDance” şirkətinin 90 gün ərzində ABŞ-dakı bütün aktivlərini satması şərt qoyulub. Həmçinin bildirilib ki, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə məlumat verməlidir.

Qeyd edək ki, Kevin Mayer 2020-ci ilin mayında “TikTok”un baş icraçı direktoru təyin olunub. Sənədə əsasən, istefadan sonra hazırkı baş menecer Vanessa Pappas “TikTok”un müvəqqəti icraçı direktoru olacaq.

Paylaş

 Xəbəriniz olsun