Tikinti şirkəti sakinləri təhlükəyə atır – VİDEO

  • Space TV
  • 28 Avqust 2020 13:21

Paytaxtda bir tikinti şirkəti var ki, ərazidə heç bir təhlükəsizlik qaydasına  riayət etmədən hündürmərtəbəli bina inşa edir. Space TV-nin məlumatına görə, Nəsimi rayonu Abbas Səhhət küçəsi-17 ünvanında inşa edilən binanın tikintisi aparılan ərazidə sakinlər ölümlə üz-üzədirlər. Maraqlısı odur ki, binanın inşasının dayandırılması ilə bağlı aidiyyatı qurumlar bir müddət öncə qərar çıxarsalar da bu günə kimi qərar icra olunmayıb.

 Fərdi yaşayış evlərinəbitişik ərazidə heç bir çəpərlənmə olmadanhündürmərtəbəli binanın inşası aparılır. Bu ünvanda olan evlərin əksəriyyətinin giriş qapısı isə birbaşa tikinti meydançasına açılır. Aylardır təhlükə ilə üz-üzə qalan sakinlərin bir neçəsinin  mənzili qəzalı vəziyyətə düşüb.

Sakinlər bildirir ki, Lider F-MTK tərəfindən binanın tikintisinə başlanmamışdan öncə sözügedən ərazidə bir neçə mənzilin köçürülməsi icra olundu. Onların sözərinə görə, tikintiyə başlayan şirkət rəhbərliyi bütün evlərin köçürüləcəyini vəd versə də, artıq binanın tikinti işləri başa çatdırılmaq üzrədir və amma təhlükə də sovuşmayıb.

Tikinti şirkətindən şikayətçi olan sakinlər bu şirkətin  özbaşınalığı ilə bağlı bütün aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini  və binanın 5-ci mərtəbəsinin  inşası aparılan zaman FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi  sözügedən  binanın  inşasının dayandırılması ilə bağlı qərar çıxarıb. Ancaq çıxarılan qərara məhəl qoymayan tikinti şirkəti hazırda binanın 10-cu mərtəbəsinin tikintisini  tamamlamaq üzrədir.

Tikinti şirkətinin rəhbərliyinə nə üçün sakinlərin həyatını təhlükə ilə üz-üzə qoyduğunu və  FHN tərəfindən tikintinin dayandırılması ilə bağlı çıxarılan qərarın bu günə kimi  icra edilməməsini soruşduq.

FHN-dən isə tikinti şirkətinə xəbərdarlıq edildiyi və təhlükəsizlik qaydarına riayət olunmadığı üçün tikintinin dayandırılması ilə bağlı verilən qərarın icrası üçün aidiyyatı qurumların məlumatlandırıldığı bildirildi

Dövlət Şəhərsalma və Arxitektura  Komitəsindən isə mövzu ilə bağlı bildirildi ki, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, tikinti layihəsinə uyğun aparılması, tikintinin təhlükəsizliyinin təmin olunması, şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazimi qaydada icra etməsinə nəzarəti FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi həyata keçirir.

Rəşad Vəkiloğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun