Tikinti şirkəti 150 nəfəri evsiz qoyub

  • SpaceTV
  • 4 Avqust 2020 17:34

Daha bir tikinti şirkəti onlarla vətəndaşı evsiz qoyub.Görüntüər Abşeron rayonu Xırdalan şəhərində fəaliyyət göstərən inşaat şirkətinə aidyaşayış kompleksindəndir.2015 ci ildə şirkətin xırdalan şəhəri Heydər Əliyev prospekti-169 ünvanında yerləşən satış ofisindən nağd və uzun müddətli kreditlə mənzil alan 150-dən artıq sakin  artıq 5 ildən çoxdur ki, şirkətdən adı olub , özü olmayan mənzillərini ala  bilmirlər.

Hazırda şikayətçilərin mənzil aldıqları binalarda tikinti işləri dayandırılıb.Ancaq şikayətçilər şirkətdən mənzil alarkən  onlara binanın bütün təmir tikinti işlərinin  3 il ərzində başa çatacağı  və sözügedən inşaat şirkətinin digər binalarında olduğu kimi burda da yaşayışa icazə veriləcəyi deyilib

İnşaat şirkətindən şikayətçi olan vətəndaşlar bildirir ki, binada tikinti işlərinin dayandırılması şirkət rəhbərlərindən birinin həbsindən sonra baş verib.

Tikinti şirkətinin iş icraçısı vətəndaşların mənzil aldığı binalarda tamamlanma işlərinin 2021 ci ilin sonunda,  şirkətin Elşən adlı nümayəndəsi isə bu ilin oktyabr ayında başa çatacağını dedi.Tikinti şirkətinin əməkdaşlarının ziddiyyətli fikirlərindən belə nəticəyə gəlmək olur ki, ev arzusunda olan bu vətəndaşlar hələ uzun müddətdə gözləməli olacaqlar

Bəs mənzilin pulunu alıb vətəndaşları illərdir gəl-gedə salan tikinti şirkəti üzərinə düşən öhdəlikləri nə zaman yerinə yetirəcək?

Mövzunu davam etdirəcəyik.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun