Tikinti materialları bazarında yanğın – VİDEO

  • SpaceTV
  • 11 Dekabr 2019 10:45

Hadisə səhər saatlarında baş verib.  

İkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlax satışı mağazasında elektrik kabellərində başlayıb.

Daha sonra şiddətlənən yanğın ətraf mağazalara da keçib və nəticədə sahibkarlara ciddi ziyan dəyib. Rəsmi qurumlar dəyən ziyanla bağlı hələlik məlumat vermir. Lakin, sahibkarların dediyinə əsasən  ümumi ziyanın miqdarı milyonlarla ölçülür.

Kimisi 40 min kimisi 100min hətta 150 min ziyan dəydiyini deyən sahibkarlar da var.

Sahibkarlardan biri onu da qeyd etdi ki,  Mağazasında 50-60 min manatlıq nisyə dəftəri də yandığına görə, kimdən nə qədər alacağını bilmir. Küllü miqdarda pulu mağazasında kassada saxlayanlar da mallarla birgə pulların da yandığını dedi. Onlardan bəziləri  mağazasının sığortalandığın desə də bəzisi sığortasının olmadığın bildirdi.

Şiddətli yanğın yaxınlıqdakı avtomobillərdən də yan keçməyib.

Yanğın zamanı sahibkarlar orada olan məhsulları çıxarmaq istəsələr də ərazidə olan polis və FHN əməkdaşları onların təhlükəsizliyi üçün buna icazə vermədi.

Buna baxmayaraq, bazardakı malların bir hissəsini sahibkarlar oradan çıxara bildilər.

Yanğın zamanı tikinti bazarının yaxınlığındankeçən dəmir yol xətti ilə hərəkətdə olan qatar da hərəkətini dayandırdı.

Fövqəladə Hallar Nazirinin muavini Etibar Mirzəyev çətinliklə də olsa yanğının söndürüldüyünü bildirdi.

Yanğının söndürülməsini çətin edən səbəblərdən də biri məhz yoldakı vəziyyət oldu.

Səhiyyə Nazirliyindən  verilən məlumta görə, yanğın nəticəsində 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.  

İlkin hesablamalara  əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hazırda yanğının dəqiq baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki, bu, bu il ərzində Bakıda ticarət mərkəzlərində baş verən ilk yanğın deyil. Bundan öncə  Diqlas, Sədərək, və Binə ticarət mərkəzlərində də belə yanğınlar baş verib.

https://www.youtube.com/watch?v=-ZB9-W0xo0s

Orxan Şükür , Lale Ülviqızı SPACE TV

Paylaş

 Xəbəriniz olsun