Tikinti bazarlarında sığorta – VİDEO

  • Space TV
  • 16 Dekabr 2019 11:17

Son 6 ildə ölkədə 10-dan artıq ticarət mərkəzində yanğın baş verib. Təkcə bu il  Diqlas, Sədərək, Binə ticarət məörkəzlərində baş vermiş yanğınları bu tip hadisədələ misal göstərə bilərik.

Təsadüfən yanğınların hamısı böyük ticarət mərkəzlərində baş verib.Hamısında da geriyə eyni mənzərə qalır. Küllü miqdarda külə dönmüş mallar, və  işsiz qalmış insanlar. sanki, artıq bu yanğın xəbərlərinə öyrəşmişik. Eurohome tikinti bazarındakı yanğının üstündən heç bir həftə keçməsinə baxmayaraq, dünün axşam saatlarında 3-cü mikrorayon ərazisində yerləşən bazarda da yanğın baş verdi. Yanğın söndürülsə də bazara küllü miqdarda zərər dəydiyi bildirilir.

Baş verən bütün yanğınlardan sonra ortaya hamını düşündürən bir sual ortaya çıxır.Dəyən zərəri kim odəyəcək ? Təbii ki, söhbət sığortası olmayan mallardan gedir ki, yanğın baş verən ticarət mərkəzlərində yanan malların  böyük əksəriyyətin sığortası olmayıb.

Qeyd edək ki, bu ilin mart ayında Diqlas ticarət mərkəzində baş verən yanğında sahibkarlara dəymiş zərər ölkə başçısının göstərişi ilə ödənildi. O zaman isə ortaya bəzi fikirlər çıxdı ki, bu cür hadisələrdə dövlət sahibkarların yanında olsa da onlar öz mallarını riskə atmalı deyillər.

Qeyd edək ki, eurohome tikinti bazarının sahibi dəymiş zərərin ödəniləcəyin bildirib.

Belə yanğınlar növbəli şəkildə baş versə də sahibkarlar bundan nəticə çıxartmır. Yanğın baş verir. Mallar yanır. Və sahibkarlar  onlara dəymiş zərəri ödəmək üçün kimisə axtarırlar.

Sahibkarlar bildirir ki, sığorta şirkətlərinin əksəriyyəti onların mallarını və mağazalarını sığortalamaqdan çəkinir. Səbəb isə  bazarın təhlükəsizlik tələblərinə cavab verməməsidir.

Ekspertlər isə bu halı normal qiymətləndirir

Bəs bunların qarşısının alınması üçün nə etmək lazımdır ?

Sözümüz sahibkarlaradır. Heç bir obyekt belə hadisələrdən sığortalanmayıb. Elə buna görə də siz öz mallarınızın sığortalayın.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun