“Tikan üstündə” yaşayanlar – VİDEO

  • Space TV
  • 27 Avqust 2020 15:12

Xətai rayonu NZS qəsəbəsi Marat Əmirxanov – 14 ünvanında qamışdan tikilən binada yaşayan sakinləri hər an ölüm təhlükəsi ilə üz-üzə  yaşayırlar.

Space TV xəbər verir ki, bina sakinlərinin sözlərinə görə, illərdir onların  kanalizasiya problemi  həll olunmur.   Bu problem binanın əsas divarlarında nəmişlik yaradır və döşəmənin, divarların,  hətta tavanın çatlamasına gətirib çıxarır. Şikayətçilər deyir ki, küləkli havada evdə qorxu içində otururlar. Qorxurlar ki, ətrafa atılan siqaret kötüklərinin alışması nəticəsində evləri yana bilər.

Binanın çölü qədər içi də olduqca təhlükəli vəziyyətdədir. Binanın daxilində uçulub tökülən nəmli divarlar, dağılan tavanlar, çökən döşəmələr insan sağlamlığına  ciddi  təsir  edən  amillərdəndir.Şikayətçilər bildirir ki,  çox  vaxt  qorxudan   evlərini  tərk  edərək  yaxınlarına  üz tuturlar.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirdilər ki, rayon üzrə 99 qəzalı yaşayış yeri mövcuddur ki, onlardan 35-i qamışdoldurucu binadır.  Qeyd edək ki, icra hakimiyyəti FHN-ə etdikləri müraciətin nəticəsini gözləyir

Paylaş

 Xəbəriniz olsun