Koronovirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq proflaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Bakı şəhər icra hakimiyyəti tərəfindən xüsusi tədbirlər görülür.
Nazirlər Kabinetinin müvaqif qərarından sonra koronovirus infeksiyasına görə fəaliyyətləri müəyyən məhdidiyyətlə nizamlanan iaşə,ticarət müəssisələrdə də dezinfeksiya işlərinə başlanılıb.Bu gün isə paytaxtın Nizami rayonunda fəaliyyət göstərən 8-ci kilometr bazarında da dezinfeksiya işləri icra olundu
Çəkliş apardığımız müddətdəbazarın bütün giriş və çıxışlarında spirtlə dolu qabların qoyulduğunun şahidi olduq ki,həmin tibbi məhsullardan təkcə bazar işçiləri deyil həmçinin alış-veriş üçün bura üz tutanlarda əllərini dezinfeksiya edirdilər
Dezinfeksiya şirkətinin nümayəndəsi bildirir ki, bazar və ticarət mərkəzləri ilə yanaşı restoran kafelər,şadlıq sarayları, marketlər hətta apteklərdə dezinfeksiya işlərinin aparılması üçün sifariş alırlar.Ancaq bəzi obyekt sahibləri dezinfeksiya işlərinin gündüz saatlarında aparılamasına razılıq vermədiyi üçün hətta müəyyən çətinliklərlə qarşılaşırlar.
Onuda bildirək ki, Nazirlər Kabinetinin tapşırığına əsasən bütün dövlət müəssisələrində olduğu kimi özəl obyektlərdə də dezinfeksiya işlərinin aparılması məcburidir.
RƏŞAD VƏKİLOĞLU SPACE TV