Ticarət mərkəzi yaxınlığında azərbaycanlının “QAZel”i partladı

  • Space TV
  • 29 Noyabr 2019 15:35

Rusiyanın Samara şəhərində “Starozaqor” Ticarət Mərkəzi yaxınlığında partlayan “QAZel”in sahibi Azərbaycan vətəndaşı imiş. Partlayış nəticəsində onun 65 yaşlı atası və 56 yaşlı Özbəkistan vətəndaşı yaralanıb.

Bu barədə “Niasam” xəbər verib.

Bildirilir ki, hadisə cari ilin noyabr ayının 22-də “Starozaqor” ticarət mərkəzinin yaxınlığındə baş verib.

Sonradan ekspertizada müəyyən olunub ki, partlayışa səbəb “QAZel”in yük yerinə quraşdırılan qaz balonundan sızma olub.

Maşının sahibi Mexzavod qəsəbəsində yaşayan Azərbaycan vətəndaşı Nəsibov E.T. olub. O, “QAZel”lə meyvə-tərəvəz satırmış. Bədbəxt hadisə nəticəsində onun atası Nəsibov N.C. baş və qolların ikinci dərəcəli yanığı xəsarəti alıb, Özbəkistan vətəndaşı Mamadurov Z.S isə baş-beyinin travmasından xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar istintaqa başlanılıb.

Paylaş

 Xəbəriniz olsun