Tibbi maska qıtlığı yaşanır

  • Space TV
  • 11 Mart 2020 10:21

Dünyanı cənginə alan bu təhlükəli virusdan qorunmaq üçün hər kəsin tibbi maskadan istifadə etmək zərurəti yarandı.Elə bu səbəbdən də apteklərdə tibbi maska və spirtə təlabat artdığından hazırda bu günə kimi ölkəmizdə də tibbi maskaların qıtlığı yaşanır. Çin və Türkiyədən Azərbaycana gətirilən tibbi maskalar hazırda yalnız Türkiyədən idxal olunmaqdadır.

Əgər koronovirus  epidemiyasının ilk yayıldığı müddətdə bəzi işbazlar bu fürsətdən  istifadə  edərək  ölkədə tibbi maskaların qiymətini dəfələrlə artırsalar da ölkə başçısının dərhal və  operativ reaksiyasından sonra qısa zaman ərzində maskaların qiymətindəki artım ləğv olundu. Ancaq hazırda paytaxt üzrə bütün apteklərdə maska qıtlığı yaşanır.

Hazırda apteklərdə 20-25 qəpiyədə maska var 3manat 50 qəpik və 4 manatada.Tibbi sipirtlərin qiymətində isə bir o qədər də artım yoxdur.

İqtisadiyyat Nazirliyindən  Hər Günə verilən məlumata görə “hazırda dünyada tibbi maskalara tələbat artıb və  Azərbaycana  tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib: “Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun