Tibbi ləvazimatlar paylanılıb

  • SpaceTV
  • 11 May 2020 15:30

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 4-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilib. Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Kürdəmir  Rayon Polis Şöbəsinin əməkdaşları da rayon ərazisində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə ciddi şəkildə nəzarət edir. Polis əməkdaşları əhalinin sıx toplaşdığı ərazilərdə profilaktik söhbətlər aparır və insanları maarifləndirir. Eləcə də rayon ərazisində yerləşən poçt məntəqələrinin, bankların,  idarə və müəssisələrin qarşısında yaranan insan sıxlığında sosial məsafənin təmin olunmasına nəzarət edərək insanlara tibbi maska və əlcəkdən istifadə etməyi tövsiyə ediblər. Bundan başqa vətəndaşlara xüsusi karantin rejiminin tələbləri izah edilib, tibbi maska və əlcəkləri olmayan şəxslərə bu qoruyucu vasitələr paylanılıb.

Belə tədbirlər rayon ərazisində polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdirilir.

                                                               VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun