Tibbi çanta saxlamayanlar

  • Space TV
  • 29 Oktyabr 2019 15:16

Avtomobil   yollarında  az  qala  hər  gün, avtobusların iştirakı ilə  yol  qəzaları baş verir. Nə  qədər  acı olsa da, bu qəzalar zamanı insan itkisi də qaçılmaz olur. Araşdırmalar zamanı üzə çıxan nəticələrdən biri də odur ki, avtobusların  çoxunda  hadisə  baş verən anda ilkin yardım göstərmək üçün lazım olan tibbi yardım çantaları demək olar ki, tapılmır

Baş  verə  biləcək  qəzalarda  itgilərin sayını minimuma endirmək, yaxud da  avtobuslarda  sərnişinlərin  tibb  ləvazimatlarına  ehtiyacı  yarandığı halda   sürücülərin  daha tədbirli və məsuliyyətli  olmasını  təmin etmək  məqsədilə   Dövlət  Yol  polisi tərəfindən də  mütəmadi olaraq     xəbərdarlıq  reydləri keçirilir.

Şöbə  müdiri  bildirir  ki, bütün  nəqliyyat  vasitələrində olduğu kimi sərnişin avtobuslarında da  görüntü naminə tibb çantalarının olması həmin nəqliyyat  vasitəsinin  sahibi  üçün inzibati  xəta tərkibi yaradır.Hər  bir nəqliyyat vasitəsində   tibb çantasının olmasının vacibliyi ilə yanaşı  bütün sürücülərin bu tibb çantalarından istifadə qaydalarını bilmələri də zəruridir.Tibb çantalarının  olmamasına  görə  isə məsuliyyəti avtobus sahibləri daşıyır deyə Vaqif Əsədov vurğulayır.

Ehtiyat  yolçunun, yola çıxan sürücünün yaraşığıdı deyirlər. Xətadan və qəzadan uzaq olmaq üçün ehtiyatınızı, yəni tibbi çantanızı yanınızda saxlayın ki, sonradan  peşman olmayasız.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun