Tibb Universitetinde beynelxalq elmi konfrans keçirildi

  • SpaceTV
  • 12 Sentyabr 2019 13:26

Bu gün Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi öz işinə başlayıb.

Cəmiyyət hər il müxtəlif ölkədə belə konqreslər keçirir. Tədbir Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunub. Konqresin əsas məqsədi dünyada bu sahədə çalışan mütəxəssislərin yeni nailiyyətləri barədə fikir mübadiləsi aparması və yeniliklərin tətbiqinə nail olmaqdır.

Tədbirdə 20-dən çox ölkədən  mütəxəssislər iştirak edirlər. Üç gün ərzində cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı 150-yə yaxın mühazirə və elmi çıxış dinləniləcək, müzakirələr aparılacaq.

Konqresin sədri, Azərbaycan  Cərrah  və  Qastroenteroloqlar  Assosiasiyasının sədri, professor Rauf Ağayev bildirdi ki , beynəlxalq konqresdə Avstraliya, ABŞ, Türkiyə və başqa ölkələrdən gələn tanınmış mütəxəssislərin qaraciyər transplantasiyasına aid öz təcrübələri haqqında danışacaqlar. Eyni zamanda, dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışların nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Rəşad Vəkiloğlu Space

Paylaş

 Xəbəriniz olsun