Tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavələrin tarixi uzadıldı – QƏRAR

  • Space TV
  • 19 Avqust 2020 16:34

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik olunub. 

Spacetv.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi saytında dərc edilib. 

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilib.

Paylaş

 Xəbəriniz olsun