Tibb işçilərinə əlavə ödənişlər verildi

  • SpaceTV
  • 20 May 2020 17:47

Koronavirus pandemiyası  ilə mübarizədə iştirak edən tibb işçilərinə mart ayi üzrə  müddətli əlavələrin ödənilməsi  başa  çatıb.Bu günə kimipaytaxt üzrə  145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üçün iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli  əlavə ödənilib. Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus  infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr bu qaydada ödənilib.

1.Tibbi  profilaktik tədbirləri həyata keçirən 15113 tibb işçisinəaylıq vəzifə  maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.

2.Təcili tibbi yardım xidməti göstərən 4967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1004 tibb işçisinə  aylıq vəzifə maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.

Agentlikdən verilən məlumata görə bu günə kimi  2372qeyri-tibb işçisinə əmək haqqının 3-5 misli məbləğində 1.4 milyon manat müddətli əlavə verilib. Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən növbəti  aprel ayı üzrə müddətli əlavələrin ödənişinidə başlanılacaq

Rəşad Vəkiloğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun