Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin ikinci günündə də məğlub olmayıb

  • Space TV
  • 8 Fevral 2021 10:13

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin ikinci yarış günündə daha 5 turda mübarizə aparıb.

Şahmatçımız Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Qujrati Vidit Santoş (Hindistan) və Daniil Dubovla (Rusiya) qarşılaşmaları heç-heçə ilə başa vurub.

T.Rəcəbov nəticədə, 5,5 xalla ümumi hesabda 5-7-ci yerləri bölüşür. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen 7 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Qeyd edək ki, “Champions Chess Tour” şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir.

Xatırladaq ki, T.Rəcəbov seriyanın ikinci turniri “Airthings Masters”də qalib gəlməklə “Champions Chess Tour”un sentyabrında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Paylaş

 Xəbəriniz olsun